“ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT regionunda təhlükəsizlik və sabitliyin əsası olmalıdır".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
O, bildirib ki, ATƏT-in münaqişənin həlli üzrə fəaliyyətsizliyi Azərbaycanı öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur edib:
“ATƏT lazımi cavab verə bilməsə də, Azərbaycan ədaləti və qanunu bərpa edib, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb”.