AZ

Messiyə daha yeni təklif

Yazını böyüt
Yazını kiçilt

Lionel Messi ən azı 2028-ci ilə qədər "İnter Mayami"də qala bilər.

Hafta.az xəbər verir ki, hər iki tərəf hazırda 2025-ci ilin sonunda başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

"Marca"nın məlumatına görə, amerikalılar argentinalı futbolçuya azı 3 illik, yaxud Messi istəsə, 41 yaşına qədər oynaya biləcəyi daha uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Messi "İnter Mayami"də qalmaq və klubla titullar qazanmaqla yanaşı, 2026-cı il dünya çempionatına yaxşı formada hazırlaşmaq niyyətindədir.

Gözlənilir ki, hər iki tərəf futbolçunun istədiyi müddətə oynamaqda razıdır. Bu səbəbdən Messiyə uzunmüddətli müqavilə və karyerasını bitirdikdən sonra klubda müəyyən bir vəzifəyə keçid imkanı təklif olunacaq.

Seçilən
3
2
hafta.az

3Mənbələr