40 dərəcə istidə niyə çay içirik?
Digər millətlərdən fərqli olaraq, azərbaycanlılar 40 dərəcə istidə qaynar çay içir.
Hesab edilir ki, qızmar istidə isti çay susuzluğu yatırır.
Milli.Az-ın xəbərinə görə, diyetoloq Leyla Sariyeva deyib ki, isti maye qəbul edilən zaman bədəndə sürətli şəkildə tərləmə baş verir. Tərləmə zamanı bədən temperaturu azalır və bu da insana rahatlıq hissi verir: