ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə təhdidlərinə cavab olaraq iki
nüvə sualtı qayığını Rusiyaya yaxın bölgələrə yerləşdirmək barədə əmr verib.
Referans xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Tramp "Truth Social" platformasında paylaşım edərək bildirib ki, bu qərar Medvedevin "təxribat xarakterli və məsuliyyətsiz"
bəyanatlarına cavabdır. ABŞ lideri qeyd edib ki, belə ritorika istənilmədən ciddi nəticələrə səbəb ola bilər.
Qeyd olunur ki, yerləşdirilən sualtı qayıqlar ABŞ-nin dünya üzrə ən güclü nüvə döyüş vasitələrindəndir.
Xatırladaq ki, Tramp bundan öncə Rusiyaya 8 avqusta qədər atəşkəsə razılıq verməsi üçün ultimatum təqdim etmiş, əks halda
sanksiyaların tətbiq ediləcəyini bildirmişdi. Medvedev isə cavab olaraq Rusiyanın nüvə imkanlarını xatırlatmış və ABŞ-ni sərt dillə
hədələmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta