Donald Trampın hərəkətləri səbəbindən qaranlıq dövrə daxil oluruq.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden CNN telekanalına bildirib.
"Hakimlər önəmlidir. Məhkəmələr vacibdir. Qanun vacibdir və Konstitusiya vacibdir. Mən indi bizim prezidentimiz olan bu adamın təzyiqi altında olduğumuzu anlamağa başlayan amerikalılar haqqında çox düşünürəm... Hazır olun, cənablar, bu, yalnız başlanğıcdır", - Bayden deyib.
Baydenin sözlərinə görə, hazırkı Amerika administrasiyası onun prezidentlik dövründə əldə etdiyi bütün uğurları məhv etmək üçün hər şeyi edir.