Bakı. Trend:
İqor Payşao “Marsel”ə transfer olunub.
Trend xəbər verir ki, vinger“Feyenoord” klubunu tərk edərək Fransa komandası ilə müqaviləimzalayıb. 25 yaşlı braziliyalı 14 nömrəli formanı seçib.
Bildirilir ki, niderland klubu bonuslarla birlikdə 35 milyonavro qazanacaq.
Payşao ötən mövsüm “Feyenoord”un Hollandiya çempionatında həm ənyaxşı bombardiri, həm də ən yaxşı assist edən futbolçu olub — o, 16qol vurub və 10 məhsuldar ötürmə edib.