AZ

Həsən Turabov Qaçaq Nəbinin nəvəsindən niyə üzr istəyib?-“Deyib ki, gərək bizi bağışlayasan ki..”- kötücəsindən ETİRAF

Qaçaq Nəbiyə həsr olunan “Qanlı zəmi” yaxud “Atları yəhərləyin” filmi 1985-ci ildə lentə alınıb. Həsən Turabov və Əbdül Mahmudbəyovun lentə aldığı filmdə Nəbi və Həcərin qaçaq həyatından, onların göstərdiyi igidliklərdən söhbət açılır.
 
Moderator.az-a açıqlama verən Qaçaq Nəbinin kötücəsi Həcər Əkbərova deyir ki, film təhrif olunub:
 
“Filmin iki adı var. “Atları yəhərləyin” və “Qanlı Zəmi”. Adlarının müxtəlif versiyalarda olması da göstərir ki, filmlə bağlı təhriflər var. O vaxt kinematoqrafiya universitetində erməni çalışırdı, filmin təhrif olunması üçü əlindən gələni edirdi. Biz filmin rejissoru Şeyx Əbdül müəllimlə görüşmüşdük. Hətta Şeyx Əbdül müəllimin qızının adı da Həcərdir. Filmin çəkildiyi dövrdə qızı dünyaya gəldiyinə görə adını Həcər qoyub. O mənə demişdi ki, “Həcər qızım, mən inanırdım ki, bu nəsil nə vaxtsa üzə çıxacaq və biz bu haqda həmsöhbət olacağıq”. Filmdən bir çox səhnələr çıxarılıb. Hətta Nəbinin erməniyə şillə vurması səhnəsi də kadrlardan çıxarılıb. O vaxt məcburiyyət var idi, təhrif var idi. Hətta atamın dediyinə görə film bitdikdən sonra Həsən Turabov babamla görüşür və üzrxahlıq edir. Bunu bizim bütün qohum-əqrabamız deyirdi” deyə kötücəsi bildirib.
 
Kötücəsi deyir ki, Həcərin 3 övladı olsa da, filmdə bu faktdan danışılmır:
 
“Əslində diqqət etsək filmdə bir açıq məqam qoyulub. Normalda heç filmdə övladla bağlı söz keçməzdi. Amma rejissor, ssenarist orada üstüörtülü bir məqamı ötürür ki, sənə Həcərmi lazımdır övladmı lazımdır? Bunu sual kimi qoyur. Qaçaq Nəbi və Həcərin 3 övladı haqda məlumatlar var, biz bunu bilirik. Amma Nəbi öldürüldükdən sonra Həcərlə bağlı məlumatlar, övladları haqda məlumatlar sənədli film kimi hazırlansa, gələcək nəsil üçün də böyük əhəmiyyət kəsb edər. Bu elə bir şeydir ki, “Atları yəhərləyin” filmi ilə kifayətlənməsinlər və bilsinlər ki, həqiqət nəylə bağlıdır. Biz də ailəsi olaraq ümid edirik ki, Qaçaq Nəbi və Həcər haqqında həqiqətləri əks etdirən film lentə alınar” deyə Həcərlə Nəbinin kötücəsi bildirib.
 
Seçilən
15
moderator.az

1Mənbələr