AZ

Çində istiyə dözməyənlər "bomba sığınacaqları"nda nahar edir - FOTO

Çində insanlar anomal istidən xilas olmaq üçün orijinal yollar tapırlar.

Publika.az xəbər verir ki, bir çox çinli dəhşətli istilərdən metroda gizlənərək xilas olur.

Çinin cənub-qərbində yerləşən Çonqinq şəhərində həddindən artıq qızmar hava hökm sürür: 32 milyona yaxın əhalisi olan şəhərdə havanın temperaturu 40 dərəcəni keçib. Avqustun 3-də havanın temperaturunun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da şəhərin 38 rayonundan 21-də qırmızı hava xəbərdarlığının elan edilməsinə səbəb olub.

Hava şəraitinə görə şəhər sakinləri metronun sərin vestibüllərində vaxt keçirnəyə başlayıblar. Burada yaşlı sakinlər toplaşaraq kart belə oynayır.

Bəzi yerli sakinlər isə restoranlara çevrilmiş köhnə bomba sığınacaqlarında nahar edirlər.

Bundan əvvəl Çin sosial mediasında istidən qorunmaq üçün qovunla yatmaq populyarlaşmışdı.

Seçilən
26
31
publika.az

10Mənbələr