AZ

Formula 1 komandası səhmlərini satır: Bu qiymətə

“Aston Martin” Formula 1 komandasındakı payını satacaq, lakin uzunmüddətli brendinq müqaviləsi vasitəsilə kommersiya münasibətlərini saxlayacaq.

Publika.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, səhmlərin satışı komanda tərəfindən 2,4 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Bununla belə, “Aston Martin”in baş direktoru Adrian Hallmarkın sözlərinə görə, sövdələşmə hələ tamamlanmayıb.

Kommersiya əlaqələrini saxlamaq o deməkdir ki, “Aston Martin” komandanın sahibi Laurens Stroll və “Yevw Tree Investments”in sərmayəsi sayəsində ortaq mülkiyyəti saxladığı üçün bu ad altında “kral yarışları”nda çıxışını davam etdirəcək.

Seçilən
16
4
publika.az

5Mənbələr