AZ

Olimpiya çempionunun faciəli ölümünün detalları

Biatlon üzrə ikiqat olimpiya çempionu Laura Dalmeyerin dırmanma üzrə tərəfdaşı Marina Krauss Pakistan dağlarında baş verən faciəvi hadisənin təfərrüatlarını açıqlayıb.

Bakues.az xəbər verir ki, bundan əvvəl məlum olmuşdu ki, Dalmeyer təxminən 5,7 min metr hündürlükdə olan Laila zirvəsinə qalxarkən qaya uçqunu nəticəsində həlak olub. İdmançı öz vəsiyyətində evakuasiya zamanı xilasediciləri riskə atmamaq üçün cəsədini dağlarda qoymağı xahiş edib.

“Mən Lauranın nəhəng bir qayaya çırpıldığını və sonra divara atıldığını gördüm. Ona kömək etməyin yeganə yolunun vertolyot çağırmaq olduğunu bilirdim. Onu çağırdım, amma o, cavab vermədi. Aydın idi ki, onun sağ qalmaq şansı kömək dərhal gələrsə olacaqdı.

Üçüncü eniş nöqtəsindəydik. Biz kəndirlə aşağı düşürdük, mən artıq növbəti enmə yerində idim, onu hazırlayırdım, Laura da arxamca gəlirdi. Bundan sonra uçqun baş verdi”, – “Eurosport” Kraussun sözlərini sitat gətirib.

Seçilən
16
1
icma.az

10Mənbələr