Süni intellekt 95% ehtimalla bəşəriyyətin məhv olmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bunu "Google" və "Microsoft"un keçmiş mühəndisi, Süni İntellektin öyrənilməsi üzrə Tədqiqat İnstitutunun (MIRI) rəhbəri Neyt Soares “The Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mövcud tendensiyalar davam edərsə, süni intellekt səbəbilə bəşəriyyətin məhv olma ehtimalı 95%-i də ötəcək.
“Biz tam sürətlə uçuruma doğru gedirik. Dayanmaq olar, amma vaxt çox azdır”, - ekspert bildirib.