AZ

Husilər Ben Qurion hava limanını raketlə vurub

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib.

Bakues.az xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

“Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.”, – o deyib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.

Seçilən
62
7
icma.az

9Mənbələr