BAKI, 2 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yeni ticarət tariflərinin tətbiqindən əldə edilən büdcə gəlirlərindən Amerika vətəndaşlarına dividendlər ödəyə biləcəklərini bildirib.
Teleqraf xəbər verir ki, Prezident jurnalistlərlə söhbəti zamanı bu barədə danışıb: "Çoxları istərdi ki, bizim ölkə sakinlərinə dividendlər ödəyək. Mən də bu variantı nəzərdən keçirirəm".
Eyni zamanda, Amerika lideri əldə olunan gəlirdən dövlət borcunu ödəmək üçün vəsait ayırmaq istəyir.