Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Texnologiya nəhəngi "Nvidia" "Windows 10" əməliyyat sistemi üçün dəstəyi sonlandıracaq. 2026-cı ilin oktyabr ayından etibarən bu populyar əməliyyat sistemi üçün yeni "Game Ready Driver" versiyaları artıq buraxılmayacaq.
Oxu.Az-ın "Verge" nəşrinə istinadən məlumatına görə, bu qərar milyonlarla istifadəçiyə təsir göstərəcək.
"Nvidia" eyni zamanda "Pascal", "Maxwell" və "Volta" arxitekturalarına əsaslanan qrafik kartların dəstəyini də mərhələli şəkildə dayandıracaq. Bu, "GeForce GTX" 700, 900, 1000 seriyalarını və "Titan V" modelini əhatə edir. Onlar üçün son drayver yeniləməsi 2025-ci ilin payızında buraxılacaq. Bundan sonra dəstək passiv fazaya keçəcək. Şirkət növbəti üç il ərzində yalnız kritik düzəlişlər və təhlükəsizlik yeniləmələri təqdim edəcək, lakin yeni funksiyalar əlavə olunmayacaq.
Şirkət vurğulayır ki, bu qərar "Microsoft"un "Windows 10" üçün rəsmi dəstəyinin başa çatması ilə bağlıdır. "Microsoft" bu əməliyyat sistemi üçün yeniləmələri 2025-ci ilin oktyabrında dayandıracaq. Buna baxmayaraq, "Windows 10" "Microsoft"un ən populyar əməliyyat sistemlərindən biri olaraq qalır. İyul ayının əvvəlinə olan məlumata görə, onun payı 48.76% təşkil edib, "Windows 11"in payı isə 47.98% olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.