Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.
Şimali Atlantika Alyansı Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir.
"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Ukrayna hakimiyyəti onun üçün prioritet silahların siyahısını tərtib etməli və onu 500 milyon dollarlıq hissələrə ayırmalıdır.
Bundan sonra NATO müttəfiqləri təşkilatın baş katibi Mark Rütte ilə birlikdə vəsaitin haradan gələcəyinə qərar verəcək. Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində Amerika silahları ilə təmin edə biləcək.
Mənbələrdən birinə görə, bu, Avropa ölkələrinə ABŞ-dan daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.