AZ

Bayden geri döndü: Amerikalıları Trampın təhlükəsi barədə xəbərdar etdi KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın sabiq prezidenti Co Bayden Çikaqoda keçirilən Milli Hüquqşünaslar Assosiasiyasının illik rəsmi toplantısında çıxış edərək ölkəsini Donald Trampın rəhbərliyi altında “qaranlıq dövrlər”in gözlədiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Baydenin sözlərinə görə, Tramp administrasiyası ABŞ Konstitusiyasını sarsıtmaq üçün mümkün olan hər şeyi edir:

“İcra hakimiyyəti Trampın rəhbərliyi altında, görünür, Konstitusiyanı dağıtmaq üçün əlindən gələni edir,” — deyə Bayden xəbərdarlıq edib.

O, çıxışı zamanı amerikalı vəkilləri və cəmiyyəti diqqətli olmağa və demokratiyanın əsaslarını qorumağa çağırıb.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
konkret.az

2Mənbələr