AZ

Emin Ağalarov Moskvadakı evini göstərdi: Yalnız canavarın evi, təəssüf ki, uşaqlarım...

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur iş adamı və sənətçi Emin Ağalarov “Instagram”da paylaştığı video ilə Moskva şəhərindəki evinə nostalji dolu bir baxış keçirib. “Köhnə ev” adlandırdığı bu malikanə barədə danışan Emin səmimi etiraflarla izləyicilərini duyğulandırıb.

Ölkə.az xəbər verir ki, vVideoda o, evin geniş mətbəxini, qonaq otağını, divar boyu uzanan interyeri gəzərək deyib:

“Bu, – Yalquzaq Canavarının evidir. Bu evi uşaqlarımla birgə, böyük ailəmlə yaşamaq üçün tikmişdim. Amma indi uşaqlarım dünyanın müxtəlif şəhərlərinə səpələnib.”

Ağalarov videoda mərhum babasından da söz açıb. Bildirib ki, onun babası bu evə gələndə uşaqları güldürər, şənliklə doldurardı. Amma indi bu xatirələr təkcə video və yaddaşlarda yaşayır.

Hazırda Emin Ağalarov həyat yoldaşı ilə birgə Bakıda yaşayır. Sea Breeze layihəsinin rəhbəri kimi o, gündəlik fəaliyyətinin böyük hissəsini məhz bu istirahət və inşaat zonasında keçirir. Bir çox biznes fəaliyyəti, konsert və ictimai təşəbbüslər də Bakıda cəmləşib.

Musavat.com-un məlumatına görə, son vaxtlar Rusiyanın Azərbaycana qarşı sərt ritorikası fonunda Eminin atası, iş adamı Araz Ağalarov da Bakıya səfər edib. "Sea Breeeze"də görüntülənən Araz Ağalarovun Bakıya daimi köçüb-köçməyəcəyi isə hələlik bəlli deyil.

Eminin bu paylaşımı həm şəxsi təəssüf, həm də dəyişən həyat prioritetlərinin təzahürü kimi dəyərləndirilir. O, Rusiya paytaxtında keçmişə aid bir səhifəni bağladığını göstərir.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
5
olke.az

6Mənbələr