GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna Ali Radasının dövlətə xəyanətdə təqsirləndirilən deputatı Aleksandr Dubinski ABŞ-da səfir postuna namizədliyinin nəzərdən keçirilməsi üçün ABŞ senatoru Marko Rubioya müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dubinski şəxsi teleqram kanalında məlumat yayıb.
O bildirib ki, hazırkı vəziyyətdə Ukraynanın xarici siyasətində yalnız dekorativ diplomatlara deyil, həqiqəti müstəqil şəkildə müdafiə edə bilən şəxslərə ehtiyac var. Dubinski vurğulayıb ki, bu məsələ ilə bağlı artıq aidiyyəti qurumlara rəsmi müraciət göndərib.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl Ukraynanın ABŞ-dakı səfir vəzifəsinə Müdafiə naziri Rustem Umerovun namizədliyi müzakirə olunurdu. Lakin Ali Rada deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, Vaşinqton Umerovun namizədliyini təsdiqləməyib.
Digər deputat İqor Mosiyçuk isə Umerovun ABŞ vətəndaşı olması səbəbilə namizədliyinin qəbul edilmədiyini və bu halın ABŞ qanunlarına əsasən səfir təyinatına mane olduğunu iddia edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.