AZ

Fransa Qəzzaya 40 ton humanitar yardım göndərdi

Fransa Qəzza zolağına havadan 40 ton humanitar yardım endirməyə başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşım edib.

 

“Qəzzadakı fövqəladə vəziyyət qarşısında biz təcili olaraq ərzaq yardımı məqsədilə havadan endirmə əməliyyatı həyata keçirdik. Dəstəyə görə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya tərəfdaşlarımıza, eləcə də bu işə sadiqlik göstərən hərbçilərimizə təşəkkür edirəm”, – paylaşımda deyilir.

 

Makron əlavə edib ki, “yalnız havadan yardım kifayət deyil. İsrail aclıq təhlükəsinin qarşısını almaq üçün bölgəyə tam humanitar girişə icazə verməlidir.”

 

Fransanın Xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Fransa tərəfindən İordaniyadan Qəzzaya dörd humanitar uçuş həyata keçirilir və hər uçuşda 10 ton yardım daşınır.

 

Qeyd edək ki, son aylarda Qəzzada davam edən münaqişə fonunda bölgədə humanitar vəziyyət daha da pisləşib və beynəlxalq ictimaiyyət tərəfindən təcili yardım çağırışları səsləndirilib.

Seçilən
15
2
senzor.az

3Mənbələr