AZ

“Beşiktaş”ın sabiq oyunçusu Azərbaycan klubunda

“Abşeron Lions” yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, litvalı basketbolçu Gediminas Orelik “Abşeron Lions”la anlaşıb.

35 yaşlı oyunçu karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif vaxtlarda Türkiyənin “Banvit” və “Beşiktaş” klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın “Umara Reyer Venetsiya” klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi “Universitatya” klubunun heyətində keçirib.

Seçilən
8
4
futbolpress.az

8Mənbələr