AZ

Qazaxıstandan ABŞ-ın yeni rüsumlarına reaksiya

Qazaxıstan ABŞ tərəfindən əlavə tariflərin tətbiqi məsələsi ilə bağlı danışıqları davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu proses çərçivəsində iyun ayında Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

Qazaxıstan ABŞ-a qarşılıqlı faydalı ticarət əməkdaşlığının inkişafını, dayanıqlı tədarükün qorunmasını və bazarlara ədalətli çıxış şərtlərinin təmin edilməsini əhatə edən rəsmi təklif göndərib və bu zaman ABŞ Prezidenti Donald Trampın 2 aprel 2025-ci il tarixli Fərmanı və ona edilmiş sonrakı dəyişikliklər əsas götürülüb.

“Qazaxıstan konstruktiv əməkdaşlığa sadiqdir, Amerika tərəfi isə gələcək dialoqa hazır olduğunu təsdiqləyir”, - deyə qeyd olunub.

Seçilən
29
8
publika.az

9Mənbələr