AZ

Müdafiəçinin transfer qiymətini 25 milyon avro olaraq görür

“İnter”in müdafiəçisi Denzel Dumfrisə transfer bazarında tələbat var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, potensial alıcılar niderlandlı futbolçunun müqaviləsində nəzərdə tutulan müəyyən məbləğdə təzminat qarşılığında onu ala bilərlər.

İtaliya klubu müdafiəçinin transfer qiymətini 25 milyon avro olaraq görür.

Dumfris 2021-ci ilin avqust ayından “İnter”də çıxış edir. Onun 2028-ci ilin iyun ayının sonuna qədər Milan klubu ilə müqavilə öhdəliyi var.

29 yaşlı futbolçu 2024/2025 mövsümündə A Seriyasında 29 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

Seçilən
8
sportinfo.az

1Mənbələr