AZ

Dövlət İdarəsi sosial şəbəkələrdə 180 paylaşım üçün 160 min manat ödəyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Keepface” MMC (VÖEN – 1305979061) olub.

Müsabiqənin şərtlərinə görə “Keepface” MMC Dövlət Radiotezliklər İdarəsinə inflüenser xidmətləri göstərəcək və qarşılığında 159 min 300 manat alacaq.

Qeyd edək ki, bir il müddətində 5 inflüenser tərəfindən 180 paylaşım (ən azı 3 sosial platformada, hər biri 3 paylaşım) ediləcək.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, Dövlət Radiotezliklər İdarəsi sosial şəbəkələrdə bir paylaşım üçün orta hesabla 885 manat ödəyəcək.

Məlumat üçün qeyd edək ki, “Keepface” MMC 28 mart 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abbasov Vaqif Səid oğludur.

Seçilən
10
3
nocomment.az

4Mənbələr