AZ

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

Elektrikli nəqliyyat vasitələri (EV) alternativlərinə maraq artdığı bir vaxtda hidrogenlə işləyən daxili yanma mühərrikləri (H₂‑ICE) yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, "AVL" şirkətinin yarış bölməsi "RACETECH" sıfır karbon emissiyalı, 410 at gücünə sahib 2.0 litrlik turbohidrogen mühərriki təqdim edib.

Şirkət mühərriki tamamilə daxildə dizayn və istehsal etdiyini bildirir. Avtomobil 6500 dövr/dəqiqəyə çatan gücü və 500 Nm-ə yaxın fırlanma anı ilə Tesla və BYD-nin performans səviyyələrinə meydan oxuyur. Hidrogen mühərrikinin əsas yeniliyi su inyeksiyası sistemidir. Bu texnologiya mühərrikə əlavə güc verir, eyni zamanda yanma kamerasını soyudur.

AVL-in layihə rəhbəri Paul Kapus bildirib: "Motorsport səviyyəsində performansa malik bir H₂‑ICE mühərriki yaratmaq çox çətin texniki çağırış idi. Amma prototipimiz bunun mümkün olduğunu sübut etdi".

Hazırda yalnız prototip olsa da, bu mühərrik yarış avtomobillərinin gələcəyində real alternativ hesab olunur. Ənənəvi benzin mühərriklərinə oxşar davranışı sayəsində H₂‑ICE sistemləri daha ucuz sayılır.

Qeyd edək ki, Toyota da artıq hidrogenlə işləyən mühərriklərə fokuslanır. Şirkət Dakar rallisində su ilə işləyən mühərrikdən istifadə etmiş və yüksək nəticələr əldə etmişdi. (milli.az)

Bizim.Media

Seçilən
19
4
bizim.media

5Mənbələr