AZ

Türkiyədə təyyarə qəzaya uğradı

BAKI, 1 avqust. TELEQRAF

Adanada yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.

Onun sözlərinə görə, özəl aviasiya şirkətinə məxsus təyyarə yerli vaxtla 19:20-də eniş zolağında qəzaya uğrayıb.

Təyyarədə olan iki nəfər yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Seçilən
25
2
teleqraf.com

4Mənbələr