"Liverpul" Aleksander İsakın transferindən vaz keçmək niyyətində deyil.
İdman.biz xəbər verir ki, "Nyukasl" "qırmızılar"ın ilkin təklifini rədd edib.
İsveçli hücumçunun keçidi üçün "Liverpul" 110 milyon funt və bonuslar ödəmək istəyib. Təxminən 120 milyonliq büdcə "sağsağanlar"ı razı salmayıb. "Nyukasl" bir neçə dəfə İsakı 150 milyon funtdan ucuz satmayacağını açıqlayıb.
Qeyd edək ki, Aleksander İngiltərə Premyer Liqasının son mövsümündə 34 oyudna 23 qol bə 6 ötürmə ilə yadda qalıb.
İdman.biz