AZ

Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb

Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb...

Milli.Az xəbər verir ki, nefroloq həkim Darya Sadovskaya aspirinin müntəzəm qəbulunun infarkt və insult riskini azalda biləcəyini, lakin ciddi fəsadlara da yol aça biləcəyini bildirib. O, bu barədə öz "Telegram" kanalında paylaşım edib.

Həkimin sözlərinə görə aspirin əsasən ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərə təyin olunur. Riskin dəyərləndirilməsi zamanı xəstənin yaşı, arterial təzyiqi, xolesterin səviyyəsi, daxili orqanlarda xroniki xəstəliklərin və ya şəkərli diabetin olub-olmaması, eləcə də ürək problemlərinin simptomları nəzərə alınır.

Sadovskaya əlavə edib ki, xüsusilə 50 yaşdan yuxarı, şəkərli diabeti və əlavə risk faktoru (yüksək təzyiq, siqaret çəkmə, ailəvi genetik meyillik) olan şəxslərə aspirin profilaktik məqsədlə verilə bilər.

Poliqon.info

 

Seçilən
5
5
poliqon.info

7Mənbələr