AZ

Bu ölkənin keçmiş prezidentinə 12 il ev dustaqlığı cəzası verildi

Kolumbiya məhkəməsi keçmiş prezident Alvaro Uribeni şahidlərə müdaxilə və prosessual saxtakarlıqda təqsirli bilib və 12 il ev dustaqlığına məhkum edib. 

Bakıvaxtı.az xəbər verir ki, hakim, həmçinin, Uribeni minimum aylıq əmək haqqının 2420,5 mislində cərimə ödəməyə məcbur edib və onu 8 ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

Eyni zamanda, keçmiş prezident keçmiş prokuror Hilda Ninyonun işi və şahid Harlinqton Mosqueranın ifadəsi ilə bağlı daha iki ittiham üzrə bəraət qazanıb.

Məhkum cəzasını Antiokia departamentinin Rioneqro şəhərində yaşadığı yerdə çəkəcək.

Uribe 2002-2010-cu illərdə Kolumbiya prezidenti vəzifəsində çalışıb (iki dəfə yenidən seçilib).

Seçilən
44
1
bakivaxti.az

2Mənbələr