AZ

Azərbaycan yığmasının Çexiya ilə oyununun yeri və vaxtı müəyyənləşdi

BAKI, 1 avqust. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun III turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Seçilən
27
29
teleqraf.com

10Mənbələr