Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2017-ci ildə ABŞ-ın üç ştatı üzərində qeydə alınmış təxminən 830 km uzunluğunda şimşək rəsmi olaraq müşahidələr tarixində ən uzun şimşək kimi tanınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının tərkibinə daxil olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
"NBC News"un yazdığına görə, meqapartlayış adlandırılan bu hadisə 2017-ci il oktyabrın 22-də Texas ştatının şərqindən başlayaraq Kanzas-Siti bölgəsinə qədər uzanıb. Müqayisə üçün qeyd edək ki, adi şimşəklərin uzunluğu nadir hallarda 16 km-i keçir. Yeni rekord 2020-ci ildə qeydə alınmış əvvəlki göstəricidən təxminən 60 km uzun olub.
Meqapartlayışlar - yaranma nöqtəsindən çox uzaqlara qədər yayılan nəhəng şimşəklərdir. Arizona Universitetinin coğrafiya elmləri üzrə professoru Rendall Serveni izah edir ki, bu cür hadisələrin qeydə alınması son on ildə yeni texnologiyalar sayəsində mümkün olub. Belə şimşəklər nadir hallarda baş verir və əsasən güclü tufan sistemlərinin müşahidə olunduğu bölgələrdə qeydə alınır.
WMO-nun baş katibi Seleste Saulo bildirib ki, bu cür iri miqyaslı şimşəklər xüsusilə aviasiya üçün və meşə yanğınları baxımından ciddi təhlükə yarada bilər. Ekspertlər qeyd edirlər ki, ümumilikdə ildırımlar təhlükəlidir: yalnız ABŞ-da hər il şimşək vurması nəticəsində təxminən 20 nəfər həyatını itirir, yüzlərlə insan isə xəsarət alır.
Belə təbiət hadisələrinin müşahidəsi təhlükəsizliyin artırılması və ildırımlı fırtınaların təbiətini daha yaxşı anlamaq üçün mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, bundan əvvəl ən uzun şimşək 2020-ci il aprelin 29-da qeydə alınmışdı. Həmin vaxt 768 ± 8 km uzunluğunda olan şimşək üfüqi şəkildə yayılmış və insanlara təhlükə yaratmamışdı. Üçüncü ən uzun şimşək isə 2018-ci il oktyabrın 31-də Braziliyada baş verib və onun uzunluğu 709 ± 8 km təşkil edib.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.