AZ

Tehranda hava çirkliliyinə görə minlərlə insan ölüb

Ötən il Tehranda havanın çirklənməsi səbəbindən 6 min insan həyatını itirib.

News365.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı Tehran Hava Keyfiyyətinə Nəzarət Şirkəti məlumat yayıb.

Statistikaya əsasən, 2025-ci ilin əvvəlindən iyulun 27-dək Tehranda yalnız 6 gün təmiz hava şəraiti qeydə alınıb.

Bu dövr ərzində 50 günə yaxın qeyri-sağlam hava şəraiti hökm sürüb.

Seçilən
32
7
news365.az

8Mənbələr