AZ

Şeşko gələcəyi ilə bağlı qərarını verdi

“Mançester Yunayted” klubu "Leypsiq"in hücumçusu Benyamin Şeşkonun transferində israrlıdır.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı hücumçu “Mançester Yunayted”in avrokubok oyunları olmasa belə, Ruben Amorimin komandasına keçməyə hazırdır.

Almaniyanın  "Leypsiq” klubu isə Şeşkonun satışından böyük gəlir əldə etmək niyyətindədir.

Transfer məbləği 75 milyon avro və əlavə bonuslarla müşayiət oluna bilər.

Daha əvvəl Şeşko ilə "Nyukasl"ın maraqlıdığı iddia olunurdu. “Magpies” “qırmızı şeytanlar”dan fərqli olaraq, gələn mövsüm İngiltərəni Çempionlar Liqasında təmsil edəcək.

 

Seçilən
14
90deqiqe.az

1Mənbələr