AZ

İtaliyada qalmaqal: Fermerlər Alp cığırına görə pul istəyir

İtaliyanın Cənubi Tirol bölgəsində dörd fermer məşhur Seceda dağ marşrutu üzərində turniket quraşdıraraq turistlərdən 5 avro ödəniş tələb etməyə başlayıb.

QHT.az xəbər verir ki, Fermerlər bu addımı həddindən artıq turizmə etiraz olaraq atdıqlarını, məqsədlərinin isə yerli hakimiyyətin diqqətini çəkmək olduğunu bildirirlər. Bununla belə, yerli hakimiyyət orqanları turniketin qanuniliyini şübhə altına alır. Tənqidçilər bu təşəbbüsün dağlarda sərbəst hərəkət hüququnu pozduğunu və digər bölgələrdə də oxşar halların artacağına dair narahatlıqlarını dilə gətiriblər.

Santa Cristina turizm assosiasiyasının rəhbəri Lukas Demetz və İtalyan Alp Klubunun nümayəndələri bu addıma qarşı çıxaraq bildiriblər ki, dağlara giriş pulsuz olmalıdır. Fermerlər isə turist axınından gəlir əldə edən operatorlarla müqayisədə öz zərərlərinin kompensasiya edilmədiyini vurğulayırlar.

Qeyd edək ki, bu yay Alp dağlarında turist sıxlığı səbəbindən 80-dən çox insan – turist, velosipedçi və paraplançı – həyatını itirib.

 

R.İmanov

Seçilən
37
qht.az

1Mənbələr