AZ

“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçirilən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası uğurla davam edir.

Layihənin icrasını “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi həyata keçirir. Birliyin sədri və layihə rəhbəri Rauf Rəcəbovun sözlərinə görə, layihə Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə reallaşdırılır və əsas məqsəd informasiya texnologiyalarına çıxışı məhdud olan gənclərin maarifləndirilməsidir.

Layihə çərçivəsində keçirilən təlimlərin əsas vəzifəsi:

• Gənclər arasında kompüter savadlılığını artırmaq,

• Müasir dövrün tələblərinə uyğun rəqəmsal bacarıqları formalaşdırmaq,

• Gəncləri texnologiya vasitəsilə cəmiyyətə daha fəal inteqrasiya etməyə təşviq etməkdir.

Təlimləri peşəkar mütəxəssislər — Riyad Qaraxanov və Elmar Rəcəbzadə həyata keçirirlər. Gənclərə aşağıdakı sahələrüzrə praktiki biliklər verilir:

• Ofis proqramları: Microsoft Windows, Word

• Kompüter qrafikası: Adobe Photoshop, Illustrator, Figma, CorelDRAW

• Foto redaktə: Adobe Lightroom

• Video montaj: Adobe Premiere Pro, After Effects, DaVinciResolve

Təlimlərin sonunda fəal iştirakçılaraSertifikatlar təqdim olunacaq.

Rauf Rəcəbov bildirib ki, layihə əsasənhəssas təbəqədən olan 14–17 yaş arasıyeniyetmə və gəncləri əhatə edir. “Gənclərimizi müasir texnologiyalarla tanışetmək, onların bu sahədə bacarıqlarınıformalaşdırmaq, eyni zamanda gələcək karyeralarına sağlam təməl qoymaq bizimüçün önəmlidir. Ənənəvi tədris metodları ilə yanaşı, rəqəmsal bacarıqlar bu gün daha çox tələb olunur”, – deyə layihə rəhbəriqeyd edib.

Layihə gənclərin dünyagörüşünügenişləndirmək, onları informasiyacəmiyyətinə adaptasiya etmək və gələcəkdəəmək bazarında daha rəqabətqabiliyyətliolmalarına dəstək məqsədi daşıyır.

Seçilən
23
2
sabahinfo.az

3Mənbələr