ABŞ Prezidenti Donald Tramp deyib ki, o Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin açıqlamalarına görə Amerikanın iki sualtı nüvə qayığını “müvafiq ərazilərə” yerləşdirmək əmri verib.
Operativ Media xəbər verir ki, D.Tramp öz sosial şəbəkə hesabında belə yazıb.
O bildirib: “Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatları ilə əlaqədar mən iki sualtı nüvəqayığının müvafiq ərazilərə göndərilməsini əmr etmişəm, çünki bu qızışdırıcı bəyanatların arxasında başqa nəsə ola bilər”.
Tramp əlavə edib: "Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər, ümid edirəm ki, bu, o hallardan biri deyil".
D.Medvedev iyulun 28-də X-da yazıb ki, D.Tramp hər hansı ultimatumun müharibəyə doğru addım olduğunu unutmamalıdır. İyulun 31-də o, Trampı “ölülər” təhlükəsini unutmamağa çağırıb. O, ABŞ Prezidentinə müraciətlə yazıb: "Hindistan və Rusiyanın "ölü iqtisadiyyatı" və "təhlükəli əraziyə girməsi"nə gəlincə, qoy Tramp özünün "gəzən ölülər" haqqında sevimli filmlərini xatırlasın, həmçinin təbiətdə olmayan "ölü əl"in nə qədər təhlükəli ola biləcəyini xatırlasın".