AZ

Fransada rekord sayda pensiyaçı var...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Ölkədə 17,2 milyon vətəndaş pensiya alır...

...Fransada pensiyaçıların sayı 2023-cü ilin sonunda rekord həddə - 17,2 milyon nəfərə çatıb.

SİA-nın məlumatına görə, Le Figaro xəbər verir ki, bu barədə Fransa Statistika və Statistik Tədqiqatlar İnstitutunun (INSEE) məlumatında deyilir.

INSEE-nin məlumatına görə, Fransada pensiyaçıların sayı 2023-cü ilin sonunda əvvəlki ilə nisbətən 1,3 faiz artaraq 17,2 milyon nəfərə çatıb.

Fransa Statistika İnstitutu qeyd edir ki, fransız təqaüdçülərinin sayında artım səngisə də, onlar hələ də əhalinin artan payını təşkil edir.

Fransa pensiyaçılarının əksəriyyətini (53 faiz) qadınlar təşkil edir və orta pensiya yaşı 2010-cu illə müqayisədə 2 il 3 ay çox olmaqla 62 yaş 9 ay təşkil edib.

Ötən il Fransada doğum səviyyəsinin İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə düşdüyü bildirilirdi. Həmçinin bildirilib ki, 2025-ci ilin may ayında Fransa İkinci Dünya Müharibəsindən sonra ilk dəfə demoqrafik azalma qeydə alıb – son bir ildə ölümlərin doğum nisbətini üstələyib.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
sia.az

2Mənbələr