AZ

Juninyo “İmişli”də

“Atletiko” (Paranaense) klubunun yarımmüdafiəçisi Lus Fernando Silvester Junior (Juninyo) bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.

Juninyo ləqəbli futbolçu Braziliyanın “Atletiko” (Paranaense) klubunun yetirməsidir. O, son illərdə icarə əsasında “Mirassol”, “Sianorte”, “Aparesidense” kimi klublarda icarədə də olub.

“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan və Nikola Karaklayiçlə də güclənmişdi. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman komandanı tərk ediblər. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə də yeni müqavilə imzalanıb.

Seçilən
7
arena.az

1Mənbələr