AZ

Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş Maaş verilmir FOTO KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

İyulu 30-da bir qrup şəxs Saylayanda magistral yolu bağlayaraq etirazlarını bildirmişdilər.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, həmin hadisənin təfərrüatını əldə edib.

Məlumata görə, yolu bağlayan şəxslər, Salyan Aqro Park Pambıq Emal Zavodunda çalışan qadınlar olub.

Onlar uzun müddətdir əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər. İşçilər iki aydır pambıq sahələrində çalışsalar da maaş ala bilməyiblər. Onlar dəfələrlə rəhbərliyə müraciət etsə də problemlərini həll edən olmayıb.

İşçilər də etiraz əlaməti olaraq yolu bağlayaraq rəsmi qurumların diqqətini bu problemə çəkməyə çalışıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
10
konkret.az

10Mənbələr