AZ

“Kuboksuz illər olsa da, inkişaf edirik”

Madrid “Atletiko”sunun baş direktoru Miqel Anxel Xil son illərdə titul qazanılmamasına baxmayaraq, klubun inkişaf etdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, “DerbyDerbyDerby.it” funksionerin dediklərini belə çatdırıb.

“Biz son mövsümlərdə kubok qazanmasaq da, tarixi göstəriciləri aşmışıq. Abunəliklərin, sosial şəbəkə izləyicilərinin və satılan biletlərin sayı baxımından rekordlar qırmışıq”

“Atletiko” sonuncu titulunu 2021-ci ildə La Liqanın qalibi olaraq əldə edib. Həmin ildən bu yana klub heç bir rəsmi turnirdə çempion olmayıb.

Madrid təmsilçisi yeni mövsümə 17 avqust tarixində “Espanyol”a qarşı oyunla başlayacaq.

Seçilən
18
90deqiqe.az

1Mənbələr