AZ

Ulduz futbolçu 15 ilədək həbs edilə bilər

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Fransanın Nanter prokurorluğu Paris Sen-Jermen klubunun (PSJ) müdafiəçisi Əşrəf Hakiminin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Bu barədə məlumatı Fransanın nüfuzlu "Le Parisien" nəşri yayıb.

Bildirilib ki, Hakimiyə qarşı irəli sürülən ittiham onun haqqında 2023-cü ildə başlanan təcavüz istintaqı ilə əlaqədardır. Hazırda istintaq hakimi yekun ittihamın qəbul edilib-edilməməsi barədə qərar verməlidir. Əgər futbolçunun günahı sübuta yetirilsə, o zaman onu maksimum 15 il həbs cəzası gözləyir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Əşrəf Hakimi ilə onu ittiham edən qadın istintaq otağında ilk dəfə qarşılaşdırılıb. Futbolçu isə bu iddiaları təkzib edir və özünü tamamilə günahsız hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
baku.ws

2Mənbələr