AZ

“Haaland komanda oyunçusudur, Ronaldo isə fərqli düşünür”

"Mançester Siti"nin baş direktoru Ferran Soriano komandanın ulduz futbolçusu Erlinq Haaland haqqında danışıb və onu Kriştiano Ronaldo ilə müqayisə edib.

90deqiqe.Az xəbər verir ki, funksioner, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Əgər Ronaldo ilə bir komanda yoldaşı qol vurursa, o, sevinmir. Çünki Kriştiano düşünür: ‘Bu qolu mən vurmalı idim’. Bu, onun pis insan olması ilə bağlı deyil – sadəcə onun düşüncə tərzi belədir. Haaland isə tam fərqlidir. O, özü çoxlu qol vurur, amma komanda yoldaşları da qol vuranda sevinir. Bu, onu xüsusi edir”.

Norveçli hücumçu “Mançester Siti”də keçirdiyi üç mövsümdə 146 rəsmi oyuna çıxaraq 124 qol və 21 assistlə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, 24 yaşlı futbolçunun hazırkı bazar dəyəri 180 milyon avrodur.

Haalandın komandası yeni Premyer Liqa mövsümünə 16 avqust tarixində “Vulverhempton”a qarşı oyunla start verəcək.

Seçilən
111
11
90deqiqe.az

10Mənbələr