AZ

Azərbaycandan Suriyaya qaz nəqli maraqlı perspektivləri olan layihədir

Məlum olduğu kimi, Azərbaycan qazı sabahdan başlayaraq Suriyaya nəql ediləcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Bakı ilə imzalanmış SVOP razılaşmasına əsasən Azərbaycandan ixrac olunan qaz Kilis üzərindən Suriyaya, Dəməşqə nəql olunacaq.

Mövzu ilə bağlı Viral.az/” target=”_blank”>Viral.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın Suriyaya böyük həcmdə qaz verməsi mümkün deyil, amma bu anlaşma çox böyük simvolik siyasi-iqtisadi əhəmiyyətə malikdir:

“Əsasən də Türkiyə ilə birgə Azərbaycan Suriyadakı indiki hakimiyyəti dəstəkləyirlər. Çünki bundan öncəki Əsəd rejimi həm Türkiyə, həm Azərbaycanla münasibətdə kifayət qədər kəskin mövqe tuturdu. Ona görə də burada əsas söhbət siyasi dəstəkdən gedir. Əgər söhbət həmin boru xətlərinin gələcəkdə uzadılaraq İsrailə qədər çatmasından gedirsə, – hansı ki, SOCAR həm də İsraildə qaz neft yataqlarında müəyyən pay alıb, – gələcəkdə oradan çıxan qazın bir hissəsinin də revers üsulu ilə İsraildə çıxarılan qazı həmin boru xətləriylə Türkiyənin TANAP və TAP layihəsi vasitəsilə Avropaya da çatdırılması mümkündür”.

Son Yazılar:

İqtisadçı qeyd etdi ki, Suriyaya qaz nəqli, həddindən artıq gözəl və maraqlı perspektivləri olan bir layihədir.

“Amma həcm olaraq çox böyük deyil. Bizim qaz əsasən, Suriyanın şimal hissəsində elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında istifadə olunacaq”,- deyə N.Cəfərli vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
26
2
viral.az

3Mənbələr