AZ

İtaliya klubu "İnter"in transfer təklifini geri çevirib

İtaliyanın "Atalanta" klubu digər A Seriyası təmsilçisi "İnter"in Ademola Lokman üçün göndərdiyi 42 milyonluq transfer təklifini geri çevirib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Atalanta" tərəfi hücumçu üçün daha əvvəl qarşı tərəfdən 50 milyon avro tələb edib.

Qeyd edək ki, ötən mövsüm A.Lokman 40 matçda 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun sözləşməsi 2027-ci ildə başa çatacaq.

Seçilən
31
report.az

1Mənbələr