AZ

Şəhidimiz Ruslan Rəcəbovun doğum günüdür

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəb oğlu Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 31-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ruslan Rəcəbov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
2
1
qht.az

2Mənbələr