AZ

Trampın bu qərarı Asiya bazarını çökdürdü

  Asiya və Sakit Okean regionlarında birjalar ucuzlaşıb.

Referans xəbər verir ki, Donald Trampın onlarla ölkədən mallara idxal rüsumunun tətbiqi ilə bağlı qərarına investorlar belə reaksiya veriblər.

Honq Konqun Hang Seng İndeksi 1,07% azalaraq 24,507,81 bənddə bağlanıb. Çinin CSI 300 indeksi isə 0,51% azalaraq 4045,93-ə düşüb.

Yaponiyanın ən böyük şirkətlərinin Nikkei 225 indeksi 0,66% azalaraq 40,799,60-da, daha geniş Topix fond indeksi isə 0,19% artaraq günü 2,948,65-də başa vurub.

Bu arada Cənubi Koreyanın Kospi indeksi 3,88% azalaraq 3,119,41, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,92% azalaraq günü 8,662 bənddə başa vurub.

Hindistanda ticarət hələ də davam edir, Nifty 50 birjası təxminən 1% azalıb./Globalinfo.az   

Seçilən
50
2
referans.az

3Mənbələr