Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin Adana vilayətində iki ailə arasında torpaq üstündə yaranan mübahisə silahlı toqquşmaya səbəb olub. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Karataş rayonunda qeydə alınıb. Hadisə yerinə jandarm və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma başladılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.