AZ

Polşa Ukraynaya yeni hərbi yardım paketləri göndərəcək

BAKI, 1 avqust. TELEQRAF

Polşa cari ilin sonuna qədər Ukraynaya 48-ci və 49-cu hərbi yardım paketlərini təqdim etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Sikorskinin sözlərinə görə, görüş zamanı 47-ci yardım paketinin icrası da müzakirə olunub. Nazir qeyd edib ki, 48-ci və 49-cu paketlər çərçivəsində Ukraynanın müdafiə potensialına bu il ərzində ciddi dəstək veriləcək.

Bununla belə, Sikorski yardım paketlərinin dəyəri və hansı növ silahların daxil ediləcəyi barədə təfərrüatları açıqlamayıb. O bildirib ki, bu məsələlərin hamısını ictimai şəkildə şərh edə bilməz.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr