Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşündə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə edib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, tərəflər həmçinin iqtisadi, investisiya və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdən keçiriblər. Bundan əlavə, Kambarata SES-1-in birgə tikintisinə xüsusi diqqət yetirilib. S.Japarov iki ölkənin xalqlarının mədəni və tarixi yaxınlığını vurğulayıb və Özbəkistan XİN başçısının səfərini strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqi adlandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta