"SpaceX"in American "Crew Dragon" kosmik gəmisi cümə günü Beynəlxalq Kosmik Stansiyaya buraxılıb.
"Unikal" xəbər verir ki, "Crew-11" missiyasına "Roskosmos" kosmonavtı Oleq Platonovla birlikdə amerikalı astronavtlar Maykl Fink və Zena Kardman və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Kimiya Yui daxildir.
"Falcon 9" daşıyıcı aparatından istifadə edərək kosmik gəminin buraxılışı Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin 39A buraxılış kompleksindən Şərq Sahil vaxtı ilə saat 11:43-də (Moskva vaxtı ilə 18:43) həyata keçirilib. Kosmik gəminin stansiyaya avqustun 2-də saat 10:12 radələrində yaxınlaşması planlaşdırılır.
Bir gün əvvəl "SpaceX" hava şəraitinə görə "Crew Dragon" kosmik gəmisinin buraxılışını ləğv etmişdi.