AZ

DİQQƏT: Ölkəmizdə hələ də qanunsuz fəaliyyət göstərən attraksionlar var

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Attraksionlar təhlükə potensiallı obyektlərin siyahısında olan avadanlıqdır və təhlükə potensiallı obyektlərin istismarı, istismara verilməsi və istismarından sonrakı mərhələlərdə yerinə yetirilməsi zəruri olan təhlükəsizlik qaydaları var".Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.O, bildirib ki, kustar üsulla hazırlanmış və heç bir pasportu, texniki müayinə aktı, istismara yararlılıq sənədi olmayan attraksionların istifadəsi yolverilməzdir:"Nəzərinizə çatdırım ki, ölkəmizdə hələ də texniki təhlükəsizlik ekspertizasından keçirilmədən, qanunsuz fəaliyyət göstərən attraksionların mövcudluğu təhlükə yaratmaqdadır. Belə ki, bu attraksionlar vaxtında aşkarlanmalı və onların fəaliyyəti məhdudlaşdırılmalıdır.

İldə bir dəfədən az olmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən attraksionlara yoxlama həyata keçirilir və bu yoxlama əsasında attraksionların mövcud təhlükəsizlik norma və qaydalarına uyğunluğu yoxlanılmalıdır. Bu yoxlanış əsasında hər hansısa bir təhlükə aşkarlandıqda, dərhal attraksionların fəaliyyəti dayandırılmalıdır".Ekspert deyir ki, insanlar attraksiondan istifadə etməzdən öncə onlarla qısa formada təlimatlar keçirilməlidir:"Attraksionlarda təhlükəsizlik məsələlərinə cavabdeh şəxslər təyin olunmalı və iştirakçıların atraksiondan təhlükəsiz istifadə etməsinə attraksion operatorlara nəzarət etməlidir. Attraksion operatorları və attraksionun təhlükəsiz istismarına cavabdeh şəxslər mütləq bu sahədə müəyyən olunmuş qaydada təlim keçməlidirlər. Təlim keçərək, peşə ixtisas biliklərinə yiyələnməlidirlər.Attraksionun üzərində təhlükəsizlik nişanları yerləşdirilməli, attraksionun təhlükə ilə üzləşdiyi zaman dərhal dayandırılması üçün "STOP" düymələrinin yerləri hər bir kəsə məlum olmalıdır. 

Bundan əlavə attraksionlarda təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət atraksion sahiblərinin üzərinə düşür".Qeyd edək ki, Səudiyyə Ərəbistanında çox sayda insanın yaralandığı attraksion qəzası baş verib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
demokrat.az

2Mənbələr